Şəxsiyyətlərin eminizasiyası, yersiz humanistləşdirmə və güclü liderlər
Qeyri-real münasibət yanlış meyarların təsis edilməsinə səbəb olur. Baş verənlərə situativ baxa bilməmək, real vəziyyəti nəzərə almamaq, mövcud məhəlli və regional konyunkturanı oxumağı bacarmamaq – bütün bunlar təhrif yaradır, hadisə və subyektlərin (şəxsiyyətlərin) düzgün təsvirinə mane olur.
Əlbəttə ki, belə münasibəti doğuran amillər kompleks amillərdir və bu amillərin başında liberallaşma gəlir...
Bu gün Qərbdə münasibətlərin hər səviyyəsinə (ailə, qız-oğlan, qadın-kişi, siyasi, iqtisadi...), tənzimləmə və tərbiyə mexanizminə liberal paradiqma hakimdir; siyasi-mədəni liberalizm anti-sistem olduğundan istənilən iyerarxik tənzimləmə formasını, konseptual yanaşmanı, normativ baza və dəyərləri rədd edir; liberalizm inzibati-amirliyə, şəxsiyyətin şəxsi nüfuzuna əsaslanan idarəetmə formalarına qarşı çıxır, sistemi mühafizə hallarını, reallığa uyğun haqlı inzibati tədbirləri qeyri-humanist, “barbarsayağı” qəbul edir. Norma və qaydalar mühitində deyil, heç bir mənəvi-əxlaqi konsepsiyanın hakim olmadığı sərbəst vakuumda formalaşan liberal şəxsiyyət tipində son onilliklərdə daha çox feminizasiya – incələşmə, zərifləşmə özünü göstərir; belə şəxsiyyət tipi təbii qabalıq və sərtlikdən uzaq qalır və ətrafı da belə görmək istəyir.
Bəşəriyyətin qlobal müstəvidə feminizasiyası – insan oğluna zərif-incə forma və məzmun kəsb etdirilməsi prosesi təhlükəlidir, çünki reallığı nəzərə almır, təbii-bioloji status-kvonun süni surətdə dəyişdirilməsinə xidmət edir. İndi etalon və normativ şəxsiyyət o şəxsiyyət hesab olunur ki, son dərəcə “humanist”dir, “incə”dir, “zərif”dir, “kompleks”sizdır, “qazanılmış” tənzimləyici mənəvi normalardan uzaqdır.
Onu da deyək ki, bu gün feminizasiya təkcə fərdi məsələ deyildir, o, müəyyənedici, tənzimləyici meyar və paradiqmadır. Bu gün tərbiyə, təhsil və idarəetmədə qaydalar qoyan, çərçivə yaradan, nizam-intizama əhəmiyyət verən, iyerarxik subordinasiyanı qoruyan, deməli, “zərif” olmayan valideynlər, müəllimlər, liderlər Qərbin standartlarına cavab vermədikləri üçün üçün “qəddar; zalım; zorakı; despot” kimi adlarla damğalanırlar; halbuki real həyatda əksər hallarda “zərif” olmaq mümkün deyildir; həyat, reallıq və dövlətçilik, eləcə də idarəetmə və tərbiyə işi çox vaxt qətiyyətli, yeri gələrsə, sərt addımların atılmasını zəruri edir. Həyatın içində olduqda, hadisələrə real baxdıqda sərt və qətiyyətli addımlara haqq qazandırmaq lazım gəlir. Proseslərin içində olmayanlar, abad və rahat evin pəncərəsindən küçəyə baxmağa vərdiş edənlərdə reallığı nəzərə almayan, qeyri-real humanizm və incəliyə çağırış edən korluq yaranır.
İş o yerə çatıb ki, Qərbin “humanist” normalarına uyğunlaşdırmaq üçün “güldən-bülbüldən danışan”, “bir milçəyi belə öldürməyən ultra-humanist peyğəmbər” obrazı formalaşdırmağa çalışırıq. Peyğəmbərin həyatına, yaşadığı dövrə, mübarizə tarixçəsinə real yanaşmadığımız üçün tarixi mənbələrdəki bəzi “inzibati” faktları gizlətməyə səy göstəririk.
Bu gün Qərb özünün mədəni paradiqmalarını bütün dünyaya qəbul etdirmək siyasəti yürüdür. İnsan nəfsinə xoş gələn həyat tərzini – liberal həyat tərzini təbliğ edən Qərb ona müqavimət göstərən dəyərlər sisteminə, dövlətlərə, şəxsiyyətlərə qarşı müharibə elan etmişdir.
Qlobalistlərə dünya ağalığını təmin etmək üçün qadınsayağı, müti liderlər lazımdır; odur ki müqavimət göstərən dünyanı əmələ gətirən dövlətlərdəki qətiyyət, sərtlik, inzibati-amirlik üsulları dövlət idarəetməsində anormallıq hesab olunur.
Liberalizmin – məsuliyyətsiz özbaşınalığın, mənəvi-əxlaqi dəyərlərdən uzaq həyasız sərbəstliyin təqdim etdiyi “normalara” qarşı çıxan hər şey bu gün Qərbin qlobal informasiya maşını vasitəsilə azadlığın, insanlığın, humanizmin düşməni kimi təqdim edilir;
Ümumiyyətlə, milli-mənəvi kimliyi qoruyan qanunları, əxlaq dəyərlərini, üsulları və metodikanı rədd edib, nəzarətsiz dəlisov instinktlərə əsaslanan bir dünya qurmaq istəyənlər, əlbəttə ki, ənənəvi dünyanın jandarmlarını sevmir və nifrət edirlər.
Bu baxımdan Peyğəmbərə nifrət əxlaqi-mənəvi dünyanın zəmanətçisinə, yaxud müqavimət göstərən islama nifrətdir.
Peyğəmbərlər, milli-dini sistemlərin keşikçiləri, Qərb ekspansiyasına qarşı dayanan tarixi və müasir şəxsiyyətlər (Əbdülhəmid, Stalin, Putin, Ərdoğan, Şi Çinping...) ləkələnməli və gözdən salınmalıdır ki, onların təmsil etdikləri dünyagörüşü forması, dəyərlər sistemi zərbə alsın, zəifləsin. Çünki bu sadalananlar açar fiqurlardır və çox şeyi ifadə edirlər.
Keçmişdə olduğu kimi bu gün də bəşəriyyətə destruktiv feminizasiya və ibnəlik aşılayan, peyğəmbərlərin mirası sayılan mənəvi-əxlaqi dünyanı yıxıb instinktiv-bioloji dəlisovluğun hakim olduğu dünya cəmiyyəti qurmağa çalışan tərbiyəsiz Qərbə qarşı müqavimət cəbhəsinin güclü və sərt liderlərə ehtiyacı vardır. Tərbiyəsizə söz kar etmədiyindən qulaqburması təsirli üsul sayılır...
Putin güclü şəxsiyyətdir və şəxsiyyətcə zəif makronlar, şoltslar, baydenlər onunla rəqabət apara bilmir. Güclü Rusiya üçün güclü lider lazımdır; güclü Türkiyə üçün güclü lider lazımdır. Ərdoğanın şəxsiyyəti müqavimət göstərən Türkiyənin meydana çıxmasında böyük rol oynamışdır. Azərbaycan da Qafqazda bu qədər heç vaxt güclü olmayıb, - bu, əlbəttə ki, güclü liderin - İlham Əliyevin sayəsində baş vermişdir.
Dünya gücdən qorxur, güc isə lider-şəxsiyyətin zəhmi ilə birləşdikdə müqavimət və hücum yaranır.
Elvüsal Məmmədov