Qisas ayəsinin doğru izahı

  • 17.02.2025 - Sual nömrəsi: 1070
  • 38
Geri

Sual

Beqere suresi, 178 ayətdə olan bir söz baresinde sual vermek isteyirdim. Orada Allah'a inanmayan düşmenlerle qisas baresinde söhbet gedir. Orada yazılıb "Qula qarşı qul, qadına qarşı qadın qisas edilər. Amma əgər qatil qardaşı (öldürülmüş şəxsin varisi və ya vəsisi) tərəfindən bağışlansa, ağıl və dinin tələblərinə uyğun yola getmək və qan pulunu gözəl şəkildə ödəmək lazımdır. Bu, sənin Rəbbindən bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüz edən üçün ağrılı bir əzab vardır." Burada söhbet ondan gedir ki, yəni onlar bizim qadınlarımıza tecavüz ediblerse onda biz de mi eyni şeyi etmeliyik? Ki mence bu doğru deyil amma yene de maraqlı geldi

Müxtəsər cavab

Bismilləh, Əlhəmdulilləh! 

Əvvəla onu qeyd edək ki, Quran ayələri Rasulullahın (ﷺ) açıqlamaları üzərə müəyyən bir qayda əsasında (Üsul) anlaşılmalı və hökümlər çıxarılmalıdır. Əks halda bu bir fikir qarma qarışıqlığına gətirər. Ələlxüsus da haqlar, onların tapdalanması və bərpası, günahkarın hesaba çəkilməsi, qisas, intiqam alma kimi həssas məsələlərdə. Həyatdakı tətbiqata gəldikdə, bunlar dövlət yaxud dövlət olmayan yerdə onu əvəz edən digər güc, iqtidar tərəfindən nəzarət altına götürülməzsə, hərc mərclik, xaosla nəticələnər.

Ta qədim zamanlardan günümüzə qədər dünyanın hər yerində hərc mərcliyin qarşısını almaq məqsədi ilə cinayyət məcəllələri işlənib hazırlanmış, məhkəmələr və cəza mexanizmləri tərtib edilmişdir. 

İslam dinində də, bu yanaşma öz əksini tapmışdır. İnsanlar biri-birinə qarşı fərdi olaraq qisas uyğulaya bilməz. Bu iş dövlətin səlahiyyətinə aiddir. Xəlifə, yaxud onun bu iş üçün təyin etdiyi məhkəmə xaricində kimsənin qisas uyğulamağa haqqı yoxdur. 

Sizin qeyd etdiyiniz ayə, adam öldürmənin (qətl) cəzalanmasına dair hökümlərdən bəhs edir. Burda söhbət “Allaha inanmayan düşmənlərdən” qisas intiqam almaqdan getmir. Qisas uyğulanması qəsd edilənlər daha çox cəmiyyət arasında adam öldürən qatillərdir, nəinki, hücum, savaşda baş verən qətillər. Hökmlər kişi, qadın, müsəlman, qeyri müsəlman, hür, kölə, cəmiyyəti təşkil edən hər kəsi ehtiva edir. Ayədə qisas uyğulanacaq insanlar hür, kölə, qadın, kişi kateqoriyalara ayrılır.

“Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. (Odur ki,) azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!)...” 1

Ayədəki ikinci höküm əfv etməklə bağlıdır. Allah ölənin yiyəsinə, böyüyünə, varislərinə yaxınının qatilini əvf etməyə, bağışlamağa icazə verir. Bununla da əfv edib etməməyi ölü yiyəsinin ixtiyarına buraxır.  

“...Əgər (qatil) (öldürdüyü) qardaşının (varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda (varislər onunla) insafla davranmalı, (qatil də,) (qanbahasını) gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir...” 2

Digər bir hökm də, əfv ilə əlaqəli olan diyət (qanbahası, qanpulu) məsələsidir. Ölü yiyəsi istərsə qanbahasını da bağışlayaraq ondan imtina edər. İstərsə tələb edər. 

Ayənin sonunda daha bir məsələyə toxunulur. Gətirilmiş bütün bu hökmlərdən sonra, kim həddi aşarsa o cəzalandırılmalıdır. 

“فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيم...”

“... Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.” 3

Ayədə keçən ٱعْتَدَىٰ (iatədə) kəliməsi “təcavüz” kimi tərcümə edilərkən xüsusi olaraq namusa təcavüz, zorlama anlamında deyil, ümumiyyətlə hər “hansı bir şəkildə haqqa təcavüz, həddi aşma” mənasına gəlir. 

Bu ayədə isə ölənin yaxınlarının qatili əfv edib, qanbahasını aldıqdan sonra qatili öldürməyin, yaxud hər hansı bir xəsarət yetirməyin həddi aşmaq, haqqa təcavüz olduğu bildirilir. Bu da yeni cinayət kimi qəbul edilir və cəza tətbiq edlir. Çünki adamlara qisas yolu ilə qatilin öldürülməsi yaxud əfv edib qanpulu alması arasında seçim verilmişdir. Onlar da ancaq bu ikisindən birini seçə bilərlər. 

Sizin toxunduğunuz mövzu  və sualınıza (Burada söhbət ondan gedir ki, yəni onlar bizim qadınlarımıza təcavüz ediblərsə onda biz də mi eyni şeyi etmeliyik?) cavabı aşağıdakı axtarmaq gərəkir: 

“Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir” 4

Bu ayədə “sizinlə vuruşanlarla vuruşun” dedikdə sizinlə vuruşma iqtidarında olub savaşda iştirak edənlər nəzərdə tutulur. “Həddi aşmayın” dedikdə savaşda iştirak etməyən qadınlar, uşaqlar, yaşlılar, rahiblər, taxıl zəmini sahibləri əkinçiləri qətl etmək, ağacları kəsmək, heyvanları öldürmək qadağan edilir. Əlbətki bütün bunların hər birinin istisna halları var. 

Mövzu ilə əlaqədar və sualınıza cavab olaraq bir də bu ayəyə də nəzər salmaq olar:

“Haram ay haram ay qarşılığındadır. Toxunrulmazlığı (pozmağın) (cəzası) qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir” 5

Bu ayə iki toplum arasında savaş əsnasında eyni şəkildə qarşılıq verməyə icazə verdiyi kimi, qisasda da misli mislinə olmasına dəlalət edir. 

Misli ilə qisas almanın da bəzi istisnaları var. Əgər adam qadın yaxud kişinin namusuna təcəvüz edib, yaxud bu yolla öldürübsə, cinayətkardan eyni yolla qisas alınmaz. Yoxsa ki, namusa təcavüz edən birisini eyni ilə kim və necə cəzalandıracaq? Bacısına yaxud oğluna təcavüz edilən bir adam günahkarın  bacısını və ya oğlunu zorlayacaq?

Əvvəla yuxarıda qeyd etdiyimiz kimi, İslamın gətirdiyi qisasın təməl əsası günahkardan başqasının cəzalandırılmamasıdır. İkincisi, qeyri qanuni cinsi münasibət (zina) haramdır. Qaldı ki, kişi ilə kişinin münasibəti. Bunlar heç bir halda icazəli ola bilməz. Haqq sahibi bunu edə bilməz. Yoxsa bu işdən ötəri "cəllad" kirayələyəcək?! Başqasını zinaya məcbur yaxud təşfiq

Ətraflı cavab

Bismilləh, Əlhəmdulilləh! 

Əvvəla onu qeyd edək ki, Quran ayələri Rasulullahın (ﷺ) açıqlamaları üzərə müəyyən bir qayda əsasında (Üsul) anlaşılmalı və hökümlər çıxarılmalıdır. Əks halda bu bir fikir qarma qarışıqlığına gətirər.Ələlxüsus da haqlar, onların tapdalanması və bərpası, günahkarın hesaba çəkilməsi, qisas, intiqam alma kimi həssas məsələlərdə. Həyatdakı tətbiqata gəldikdə, bunlar dövlət yaxud dövlət olmayan yerdə onu əvəz edən digər güc, iqtidar tərəfindən nəzarət altına götürülməzsə, hərc mərclik, xaosla nəticələnər.

Ta qədim zamanlardan günümüzə qədər dünyanın hər yerində hərc mərcliyin qarşısını almaq məqsədi ilə cinayyət məcəllələri işlənib hazırlanmış, məhkəmələr və cəza mexanizmləri tərtib edilmişdir. 

İslam dinində də, bu yanaşma öz əksini tapmışdır. İnsanlar biri-birinə qarşı fərdi olaraq qisas uyğulaya bilməz. Bu iş dövlətin səlahiyyətinə aiddir. Xəlifə, yaxud onun bu iş üçün təyin etdiyi məhkəmə xaricində kimsənin qisas uyğulamağa haqqı yoxdur. 

Sizin suala açıqlıq gətirmədən öncə bir məqama toxunmaq istərdik. O da, Quran enərkən, boş kağız üzərinə deyil, bir toplumun yaşamaqda olduğu adət ənənələr, təməl üstündə bina edilmiş həyat tərzi və onun qaydaları üzərinə enməsi mövzusudur. Əslində bu ayrı, xüsusi, geniş bir mövzudur. Sadəcə ayə rahat qavranılsın deyə mövzuya yüngülvari toxunacağıq.  

Məlum olduğu kimi Allahau təalənin insanlara Öz əmrlərini, xəbərlərini, hökümlərini (Din) göndərərkən təqib etdiyi bir üslub var. 

Rəbbimiz hər kəslə ayrı-ayrılıqda danışmaz, ona vəhy göndərməz. Bu iş üçün bir elçi (peyğəmbər) seçər. O elçisi vasitəsi ilə bəndələrinə təlimatlarını göndərər. Elçi də bunu insanlara çatdırar və açıqlayar. 

Allahın bəşəriyyətə göndərdiyi sonuncu elçi hz. Muhamməd (ﷺ) oldu. Peyğəmbərlik verilərkən Rasulullah (ﷺ) bir insan olaraq hansısa valideyinlərə, ailəyə, xalqa mənsub olub hansısa diyarda, məskəndə, hansısa bir xalqın arasında yaşayırdı. Ərəblərin Qureyş qəbiləsinə mənsub olub, Ərəbistanın Məkkə şəhərində. Aralarında yaşadığı toplumun da müəyyən yaşayış tərzi, adət ənənə üzərində bina edilmiş yazılmış və yazılmamış qanunları, qaydaları var idi.


Bu o anlama gəlir ki, Quran bir toplumun yaşamaqda olduğu qaydalar, adətlər üzərinə enmişdir. Rəbbimizin seçimi bu idi. Quran endirildiyi dil (ərəb dili) Quran üçün yaradılmışdır. Müəyyən mərhələlərdən keçərək Quranınn enmə vaxtı gəldikdə gərəkən hazırlıq nöqtəsinə gətirilmişdir. Ərəb dili də, bu missiya üçün seçilmiş Elçı də (ﷺ), onun mənsub olduğu toplum da, yaşadığı bölgə də (Məkkə hərəmi) bu İlahi proqramın (qədər) bir hissəsi idi. Məkkədəki ərəblərin yaşadığı həyat tərzi, onların adət ənənəsi – təhriflərə uğrasa da - hz. İbrahimdən (aleyhissalam) qalma bir miras idi. İbrahim (aleyhissalam) da bunu hz. Nuhdan, hz. Adəmdən miras almışdır.  

Nəticədə, Rəbbimizin bəşəriyyətə ünvanladığı İslam Dini onun üçün hazırladığı və təqdir etdiyi tarixi yolu keçib Məkkə toplumunun üzərinə enməklə tamamlandı. Quran hz. Muhammədin (ﷺ) Elçi seçilməsi səbəbdən Ərəbistanda məskunlaşmış müəyyən həyat tərzi yaşayan ərəb toplumunun üzərinə endi.

Yaşanan adətlər, etiqadlar, qaydaların  bir qismi Quran tərəfindən kökündən inkar edilərək ləğv edildi (şirk, əxlaqsızlıq və s. kimi). Bir qismi olduğu kimi saxlanıldı. Bir çox məsələlərə də dəyişikliklər, nizam gətirilərək yeni halı ilə şəriətin bir parçası edildi. 

Bunlardan biri də intiqam alma, qisas ilə bağlı hökümlərdir. Qisas əslində insan təbiəti, yaradılış fitrəti, xisləti ilə bağlıdır. İnsanın ruh və vücudunun tələbatını təmin edir. Belə ki, bir adamın uğradığı zülm, haqsızlıqdan dolayı intiqam, hayıf alma, qisas yolu ilə haqqının bərpa edilməsi tələbatı təbii və anlaşılan bir şeydir. 

Haqsızlıq, zülüm, sözlə təhqir etmək, istehza yolu rəzil, rüsvay etmək, alçaltmaq,  mal-mülk kimi maddiyyat ilə bağlı, xəsərat, əziyyət və qətl şəklində ola bilir. Haqsızlığa uğramış əzilmişin isə yalnız rahatlıq tapması haqqını almaqla olur. Haqqını alma da öz növbəsində məsələdən asılı baş verir. Qarşı tərəfin üzr istəməsi ilə ola bildiyi kimi, bəzən nəyisə etiraf etməsi belə buna kifayət edir. Bəzən intiqam təzminat ödəmək, bəzən də haqsızlıq edənə xəsarat yetirmək, bəzən də ölüm cəzası şəklində cəzalandırılmaqla ola bilir. 

Ruhani hisslərin, duyğuların bu cür tələbatı yaradılış fitrətindən qaynaqlanır və bütün insanlarda hər hansı bir şəkildə mövcuddur. Bu həqiqəti isə hər kəsdən gözəl bilən isə insanı yaradarkən onun içinə bu duyğuları yerləşdirən Uca Yaradanımızdır.

Bütün bunlardan məlum olan budur ki, günahkarın cəzalandırılmasının, qisasın hikməti bir tərəfdən insan oğlunun ruhunun tələbatıdır. Digər ictimayi faydası isə insanda məsuliyyət hissi formalaşdırmaq, nəfsə, hisslərə hakim olmağı inkişaf etdirir. İnsan biləndə ki, hansısa bir hərəkətə görə onu məsuliyyətə cəlb edə bilərlər, hesaba çəkib cəzalandırarlar, bunun qorxusu onun öz hərəkətlərinə nə cürsə düzən, çəki verməsinə sövq edir.

Qana qan qisasından bəhs edən Uca Rəbbimiz bu həqiqəti Kitabında çox bəlağətli şəkildə anladır:

“Qisasda sizin üçün həyat vardır, ey ağıl sahibləri! Bəlkə (Allahdan) qorxasınız” 6   

Qisasda insanlar üçün həyatın olması iki yöndən izah edilmişdir. Biri yuxarıda qeyd etdiyimiz, məsuliyyət, qisas qorxusundan dolayı insanların hər şeydən ötəri bir-birini öldürməsinin qarşısını alınması yolu ilə həyatda tutur. Digəri də, qisasın yalnız cinayəti törədən qatilə uyğulanıb, ondan başqasına şamil edilməsinin qadağan olmasından dolayıdır. 

Rəbbimiz göndərdiyi təlimatlarla ərəb tolumunda mövcud olan qisas adətinə müəyyən dəyişikliklər gətirməklə qanuniləşdirdi. Bu dəyişikliyin özəyi intiqamın yalnız cinayəti törədəndən alınacağından ibarətdir.    

Sizin də qeyd etdiyiniz ayə də bundan bəhs edir. Ayə, adam öldürmənin (qətl) cəzalanmasına dair hökümlər gətirmişdir. Burda söhbət Allaha inanmayan düşmənlərdən qisas intiqam almaqdan getmir. Qisas uyğulanması qəsd edilənlər daha çox cəmiyyət arasında adam öldürən qatillərdir, nəinki, hücum, savaşda baş verən qətillər. Hökmlər kişi, qadın, müsəlman, qeyri müsəlman, hür, kölə; cəmiyyəti təşkil edən hər kəsi ehtiva edir. Ayədə qisas uyğulanacaq insanlar hür, kölə, qadın, kişi kateqoriyalara ayrılır.

“Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. (Odur ki,) azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!)...”  7

Bunun səbəbi yuxarıda qeyd etdyimiz kimi Quran üzərinə enən toplum arasında qisasın yaşanması idi. Ərəblər arasında tez-tez münaqişə zəminində, yaxud yol kəsmək, qarət və bənzəri səbəblərlə qətllər baş verirdi. Ölənin yaxınları ya qatildən ya da onun yaxınlarından, hətta qəbiləsinin bir üzvündən, yaxud bir neçəsindən intiqam alırdılar. Bu da qarşı tərəfi cavab tədbirləri görməsinə sövq edirdi. Nəticədə  qəbilələr arasında kütləvi savaşlar çıxırdı. Quran endikdən sonra qisası ləğv etməyib, ona düzəlişlər gətirdi. Bunun da təməl əsası, “qisasın yalnız qatildən alınacağı, ondan başqasının öldürməsini qadağan etmək” qaydasından ibarət oldu. Bir də bu məsələyə Quranın digər ayələri və Rasulullahın (ﷺ) təlimatlarını əlavə edərək baxılması gərəkir.

“Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara (da misli ilə) qisas alınmalıdır. Kim bu (qisası) bağışlayarsa, bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırdır.” 8

Biz burada qadınlar və kişilər, kölə ilə hür, zimmi (müsəlmanların himayəsində yaşayan qeyri müsəlman), müsəlman, bütpərəstlər arasında qisasın uyğulanması, diyətin (qan pulunun) ödənməsi haqda hökmlərin təfsilatlarını, alimlərin görüşlərini qeyd etməyib bu məlumatla (Adam öldürənə qarşı qisasın uyğulanması) kifayətlənəcəyik..

Ayədəki ikinci hökm əfv etməklə bağlıdır. Allah ölənin yiyəsinə, böyüyünə, varislərinə yaxınının qatilini əvf etməyə, bağışlamağa icazə verir. Bununla da əfv edib etməməyi ölü yiyəsinin ixtiyarına buraxır.  

“...Əgər (qatil) (öldürdüyü) qardaşının (varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda (varislər onunla) insafla davranmalı, (qatil də,) (qanbahasını) gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir...” 9

Digər bir höküm də, əfv ilə əlaqəli olan diyət (qanbahası və ya qanpulu) məsələsidir. Ölü yiyəsi istərsə qanbahasını da bağışlayaraq ondan imtina edər və ya istərsə də ki tələb edər. 

Rasulullah (ﷺ) bir qətl hadisəsi ilə əlaqədar belə buyurmuşdur: “Ey Xuzaə oğulları! Huzeyl oğllarından falan adamı öldürdüz. Mən onun qanbahasını ödəyirəm. Artıq mən bu sözümü söylədikdən sonra, kimin bir ölüsü olarsa, onun yaxınları iki şey arasında sərbəstdir. Ya qanbahasını alarlar ya da qatili öldürərlər” 10

Bu da ona dəlalət edir ki, ölənin yaxınları qanbahasını tələb etdiyi təqdirdə, qatilin bunu ödəməsi vacib olur. Gücü çatmazsa, yardım toplayaraq ödəməlidir yaxud da onun diyətini kimsə, hansısa şəxs, fond, qurum vəya dövlət ödəyər. 
Ayənin sonunda daha bir məsələyə toxunulur. Gətirilmiş bütün bu hökümlərdən sonra, kim həddi aşarsa o cəzalandırılmalıdır. 

“فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيم...”

“... Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.” 11

Bu da sizin son sualınızın (Burada söhbət ondan gedir ki, yəni onlar bizim qadınlarımıza təcavüz ediblərsə onda biz də mi eyni şeyi etmeliyik?) cavabıdır.

Ayədə keçən ٱعْتَدَىٰ (iatədə) kəliməsi “təcavüz” kimi tərcümə edilərkən xüsusi olaraq namusa təcavüz, zorlama anlamında deyil, ümumiyyətlə hər “hansı bir şəkildə haqqa təcavüz, həddi aşma” mənasına gəlir. 

Bu ayədə isə ölənin yaxınlarının qatili əfv edib, qanbahasını aldıqdan sonra qatili öldürməyin, yaxud hər hansı bir xəsarət yetirməyin həddi aşmaq, haqqa təcavüz olduğu bildirilir. Bu da yeni cinayət kimi qəbul edilir və cəza tətbiq edilir. Çünki adamlara qisas yolu ilə qatilin öldürülməsi yaxud əfv edib qanpulu alması arasında seçim verilmişdir. Onlar da ancaq bu ikisindən birini seçə bilərlər. 

Bir daha təkrar edək ki, qisası harda gəldi, kim gəldi uyğulaya bilməz. Bu məsələ devlətə aiddir. İnsanlar biri birinə qisas uyğulaya bilməz. 

Sizin toxunduğunuz mövzu  və sualınıza (Burada söhbət ondan gedir ki, yəni onlar bizim qadınlarımıza təcavüz ediblərsə onda biz də mi eyni şeyi etmeliyik?) cavabı aşağıdakı ayədə axtarmaq gərəkir: 

“Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir” 12

Bu ayədə “sizinlə vuruşanlarla vuruşun” dedikdə sizinlə vuruşma iqtidarında olub savaşda iştirak edənlər nəzərdə tutulur. Bunlarla savaşmaq gərəkir. “Həddi aşmayın” dedikdə savaşda iştirak etməyən qadınlar, uşaqlar, yaşlılar, rahiblər, taxıl zəmini sahibləri əkinçiləri qətl etmək, ağacları kəsmək, heyvanları öldürmək qadağan edilir. Əlbətki bütün bunların hər birinin istisna halları vardır və dinin hökmləri ilə bütün bu məsələnin detalları tənzimlənir. 

Bu barədə çox sayda hədislər var:

“Allah yolunda cihad edin, Allahı inkar edənlərlə savaşın. Amma ifrata varmayın, hiyləgərlik xainlik etməyin” 13   

“İbni Ömərdən rəvaəyət olunduğuna görə Rasulullahın (ﷺ) qəzvələrindən bəzilərində öldürülmüş qadın gördü. Rasulullah (ﷺ) bundan xoşlanmadı, qadın və uşaqların öldürülməsini qadağan etdi” 14

Qadın, yaşlı, rahib kim olursa olsun səninlə savaşıb səni öldürəcəksə, sənin də onunla savaşıb onu öldürməkdən başqa yolun qalmır. Müharibənin şərtləri tələb edərsə, ağacların kəsilməsi heyvanların öldürülməsi də həmçinin. Çünki insanın həyatı hər şeydən daha qiymətlidir. 

Rasulullah (ﷺ) buyurduğu kimi: “Möminin hörməti - onun qanı, malı - Allah nəzdində Kəbənin hörmətindən daha böyükür” 15

Mövzu ilə əlaqədar və sualınıza cavab olaraq bir də bu ayəyə də nəzər salmaq olar:

“Haram ay haram ay qarşılığındadır. Toxunulmazlığı (pozmağın) (cəzası) qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.” 16

Bu ayə iki toplum arasında savaş əsnasında eyni şəkildə qarşılıq verməyə icazə verdiyi kimi, qisasda da misli mislinə olmasına dəlalət edir. 17

Məlum olduğu kimi əgər zərər çəkmiş sağdırsa ona, əgər öldürülübsə onun varislərinə qisas haqqı verilir. Adam suda boğularaq öldürülbsə, suda boğulmaqla, bıçaqla vurularaq öldürülübsə eyni ilə öldürülür. Sol qolu sındırlıbsa, sol qolunu sındırmağa haqq verilir və sair misli ilə qisas alınır. (Burda da biz təfsilatlara getməyəcəyik).

Misli ilə qisas almanın da bəzi istisnaları var. Əgər adam qadın yaxud kişinin namusuna təcəvüz edib, yaxud bu yolla öldürübsə, cinayətkardan eyni yolla qisas alınmaz. Yoxsa ki, namusa təcavüz edən birisini eyni ilə kim və necə cəzalandıracaq? Bacısına yaxud oğluna təcavüz edilən bir adam günahkarın  bacısını və ya oğlunu zorlayacaq?

Əvvəla yuxarıda qeyd etdiyimiz kimi, İslamın gətirdiyi qisasın təməl əsası günahkardan başqasının cəzalandırılmamasıdır. İkincisi, qeyri qanuni cinsi münasibət (zina) haramdır. Qaldı ki, kişi ilə kişinin münasibəti. Bunlar heç bir halda icazəli ola bilməz. Haqq sahibi bunu edə bilməz. Yoxsa bu işdən ötəri "cəllad" kirayələyəcək?! Başqasını zinaya məcbur yaxud təşfiq etməyi dinimiz məgər icazə verir ki?!

Bu da sizin suala (onlar bizim qadınlarımıza təcavüz ediblərsə onda biz də mi eyni şeyi etmeliyik) hər halda konkret cavab təşkil etmiş olar.

Hər şeyib doğrusunu Allah bilir!

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!