Sual
Dində “pirsinqə” (bədənin müxtəlif əzalarına dəlik açmaq) icazə varmı? Bəzək məqsədi ilə burun və sair kimi vücudun bəzi yerlərini deşmək olarmı? Bəziləri günah olduğunu söyləyirlər. Bəs müsülman qadınların çoxu sırğa taxır axı!
Müxtəsər cavab
Bismilləh... Allaha həmd olsun!
Alimlərin əksəriyyətinə görə “pirsinq” etməkdə bir qəbahət yoxdur. Qulağa taxılan sırğa kimi bəzi şərtləri nəzərə alaraq“pirsinq” etmək də caizdir (icazəlidir).
Ətraflı cavab
Bimilləh.
Allaha həmd olsun!
Bədəni bəzək niyyəti ilə deşmək və ya buna bənzər kimi şeylərin icazəli olanı da haram olanı da var. Hətta gözəllik məqsədi ilə edilən bəzi hərəkətlər haqqında lənətləyən hədislər nəql edilmişdir. (buradakı nəzərdə tutulan hökm qadınların timsalında verilmişdir) Bu hökmlər hədislərlə sabitdir.
Qız uşaqlarının sırğa taxmaq niyyəti ilə qulaqlarınındeşilməsinə icazə verilmişdir.
Əbu Hənifə, Əhməd bin Hənbəl, İbn əl-Qəyyumun bildirdiyinə görə, bu barədə bir qadağa gəlməmişdir.
Buxari və Müslimdə keçən bir hədisdə, Rəsulullah (s)qadınları sədəqə verməyə təşviq edərkən bir qadın sırğalarını çıxardıb vermişdir.
İbn əl-Qəyyum deyir ki: “Rəsulullah (s) qadınların sırğa taxdığını bildiyi halda, bu barədə bir söz söyləməmiş, susmuşdur. Bu isə o şeyin caiz (icazəli) olması üçün yetərlidir.”
Oğlan uşaqlarına gəldikdə isə İmam Əhməd və bir çox alimlər bunu uyğun görməmişlər. Çünki qız uşağı fərqlidir vəzəriflikdən irəli gələrək bəzənmək onun fitrətinə xas olan bir süsusiyyətdir. Oğlan uşaqları isə fərqli təbiətə malikdirlər.
Bu səbəbdən, oğlan uşağının qulağının deşilməsində,onun nə dini nə də dünyası üçün bir fayda olmadğına görə, onun əzalarını əbəs yerə deşmək, ona xəsarət yetirməkdən, zərər vurmaqdan başqa bir mənaya gəlməməkdədir. Buminvalla oğlan uşağının qulağının deşilməsi caiz deyil.
Böyüklərə gəldikdə isə, Rəsulullah (s) kişilərin qadınlara, qadınların da kişilərə bənzəməsini qadağan etmişdir. Əbu Hureyrə (r.a) belə rəvayət edir: Rəsulullahın (s) yanına əl vəayaqlarına xına yaxmış bir müxənnəs (özünü qadınlara bənzədən kişi) gətirildi. Rəsulullah: “Bunu niyə gətirdiniz?” soruşdu. “O, özünü qadınlara bənzətmişdir!” dedilər. Bundan sonra Rəsulullah (s) onu Naki Nam deyilən yerə sürgün edilməsini əmr etdi. Səhabələrdən bəziləri onu öldürməyə icazə istədilər, ancaq Peyğəmbər (s):
“Xeyr, mən namaz qılanların öldürməkdən nəhy (qadağan) edildim” buyurdu.1
Burada həmçinin “Allah özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etsin”hədisini də qeyd edə bilərik.
Qadınların sırğa taxmaq məqsədi ilə qulaqlarını deşməsi icazəlidir.
Qulaqdan başqa digər orqanlara bəzənmək məqsədi ilə edilən müdaxilələrin bəziləri haqqında qadağanedici mətnlərgəlmişdir.
Səbəb olmadan dişləri yonub incəltmək, döymə vurdurmaq kimi şeylər açıq xəbərlərlə qadağan edilmişdir. “Saç (parik) taxan da taxdıran da, qaşlarını incəltdirən də, bədənə döymə vuran da vurduran da lənətlənmişdir” 2
“Rəsulullah on şeyi qadağan etdi: dişləri yonub incəltmək, döymə vurmaq...” 3
Sırğa, bilərzik, qolbaq, halqa və s. bənzəri şeylər taxmaq üçün, qadınların qulaqlarından başqa yerlərini (məs burun, dodaq və s.) deşməsinə gəldikdə, bu barədə bəzi fikirlər söylənmişdir. Söylənən müxtəlif fikirlər məsələyə necə yanaşmadan, hansı baxış bucağından baxmaqdan irəli gəlmişdir. Burun və bədənin sair yerlərini, bəzək taxmaq üçün deşməyi sırğaya bənzədənlər (qiyaslayanlar) bunu icazəli görmüşlər. Bu əsasən Hənbəli alimlərinin görüşüdür.
Hənəfilərdən də bunlara həmfikir olanlar var. Hənəfi alimlərindən bunu məkruh görənlər, dəstəmaza əngəl ola biləcəyinə görə bu işin məkruh olduğunu söyləmişlər.
Şafii elm adamları burun və bədənin müxtəlif yerlərini, bəzək taxmaq məqsədi ilə deşməyin qadağan olduğunu demişlər. Bu fikri onunla əsaslandırmışdırlar ki, bu əməldə sırğadan fərqli olaraq bədənə işgəncə olduğu aşkardır və bu hərəkəti mövcud ümumi dəlillərdən istisna edəcək bir rüxsət yoxdur. Ona görə də bu əməl haramdır.
İstər sırğa olsun, istərsə “pirsinq”; bunu edərkən vücuda zərər dəyməməsinə diqqət etmək lazımdır. Digər diqqət edilməsi lazım olan məsələ, istifadə edilən əşya bəzək məqsədi ilə istifadə etmək niyyətindən kənara çıxmamalıdır. Yəni hansısa bir xalqın dini inancları ilə bağlı bir şey olmamalıdır.
Doğrusunu bilən Allahdır!
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Xanım Zəhranın qapı arasındakı qətli iddiası
Salam. Xanım hz.Fatimə dünyasını milad təq.632ci ildə dəyişib. Həmən ildə peyğəmbər s.a.s d&uum...
-
Hidayətə vəsilə olmaq
Salam Aleykum..Qədər barəsində sualıma cavab verdiyiniz üçün minnətdaram..Hər şey a...
-
Allahdan utanıb, övrətimizi örtməliyikmi?
Salam Aleykum. Beynimdə bir sual canlandı: Biz insanlar digər insanlardan həya edirik və övrət...