Xanım Zəhranın qapı arasındakı qətli iddiası

  • 15.02.2025 - Sual nömrəsi: 1036
  • 63
Geri

Sual

Salam. Xanım hz.Fatimə dünyasını milad təq.632ci ildə dəyişib. Həmən ildə peyğəmbər s.a.s dünyasını dəyişib. Və bu ildə də xəlifəliyə Abubəkirin gəldiyi bildirilir. əgər yazdığlarım düzdüsə niyə xanım Fatimənin ölümünü Abubəkr araşdırmır bir xəlif kimi bir səhabə kimi?bildiymizə görə səhabə həm peyğəmbəri həm ailəsinədə sayğı ilə yanaşmalıdı.

Cavab

Bismilləh.

Allaha həmd olsun!

Sualınıza cavab olaraq aşağıdakıları deyə bilərik:

Hz. Əbubəkr xəlifə idi. O dövrdə Mədinə mərkəzli dövlət formalaşma mərhələsini yaşayırdı. Günümüzdəki dövlət başçısı, hökümət, məhkəmə, hakim, prakrorluq, istintaq orqanları kimi müəssisələrin daşıdığı vəzifələrin hamısı o vaxtkı xəlifənin (dövlət başçısı) əlində cəmləşməkdə idi.

İstər cinayətlər, istərsə miras, ailə hüququna dair məsələlər olsun, bütün bunlara xəlifə baxırdı. Hz. Fatimənin (r.a.)  ölümündə bir cinayət motivi yox idi. Xəlifəyə bu barədə nə şikayət, nə də məlumat gəlməmişdi. Buna görə də ölümü araşdırmaq tələbatı da gündəlikdə olmadı.

Hz. Fatimə 605 yaxud 609 ildə dünyaya gəlmiş, 632 ildə də bu dünyadan köçmüşdü. Cavan yaşlarında (təxminən 23-27 yaşında) vəfat etdi. Bu yaşda insanın dünyasını dəyişməsi bəlkə bir şübhə oyada bilərdi. Ancaq bir məsələ var ki, atasından (Allahın Rəsulu Hz. Muhamməd (ﷺ) sonra Hz. Fatimənin (r.a.) çox yaşamayacağı məlum idi. Rəsulullah (ﷺ) sağ ikən bu barədə ona xəbər vermişdi. 

“...Mənə ilk qovuşan sən olacaqsan”  1

Rəsulullahın (ﷺ) vəfatından sonra hər şey buna doğru gedirdi. Hz. Fatimə (r.a.) bu böyük müsibətdən dolayı keçirdiyi sarsıntıdan sonra bir daha özünə gəlmədi. Artıq bu dünyada yaşamağın onun üçün bir mənası qalmamışdı.

Atasının (ﷺ) vəfatından beş ay sonra Hz. Fatimə (r.a.) bu dünyanı tərk edib, Rəbbinə qovuşdu. 

Ümumiyyətlə bu cür hadisələri həyatda tez-tez müşahidə etmək olur. Biri-birinə çox bağlı olan yaxınlardan biri vəfat etdikdən qısa zaman sonra Allahın hökmü ilə çox sevdiyi yaxını da dünyasını dəyişir. Hətta xalq arasında belə də deyənlər olur: “Çox istədiyindən dolayı əzizini yanına apardı”. Təbii ki, bunlar bir xurafadır, əsli yoxdur. 

Qərarı Allah verir. Bunun səbəbi isə bizə məlum deyil. Bəlkə də dünyada qalanların bu dünyanı şiddətlə tərk etmə arzusu, Allahın da bunu qəbul etməsi ola bilər. Biz bilmirik. Amma buna bənzər hadisələrə həyatda rast gəlmək olur.    

Bir daha təkrar edək ki, Hz. Əbubəkrin xəlifə olaraq Hz. Fatimənin (r.a.) ölümünü araşdırmaması, tətqiqat aparmaması buna bir səbəbin, tələbatın olmadığından qaynaqlana bilər.  

Doğrusunu Allah bilir.

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!