Sual
Quranda ölenden sonra mömin şexslere yəni daha doğrusu kişilere orada onlarla yaşamaq üçün huriler olacağı deyilir. Niye mehz kişiler üçün huriler var? Bes qadınlarda nece olacaq? Orada onlar üçün heç kes olmayacaq?
Müxtəsər cavab
Bismilləh. Allaha həmd olsun! Hər cür təriflər, övgülər ucaltmalar Ona aiddir!
Allah haqqında “niyə” sualı əsasən iki anlamda olur:
Birincisi: “Allah niyə...” dedikdə, “Allahın bu hökmünün anlamı nədir, nə kimi hikmətlər daşııyır, bununla nə qəsd edilir, bundan nə fayda götümək mümkündür?” kimi öyrənib bilib faydalanmaq məqsədi daşımış olur.
İkincisi: “Allah niyə...” deyərkən, Allaha qarşı bir etiraz, narazıçılıq ifadə etmək, sankı bununla Allahı müzakirə, hətta hesaba çəkmə, mühakimə etmə cəhdi qəsd edilir.
Birincisi (sual verməklə öyrənmək) gözəl faydalı bir işdir. Dinimiz bunu təqdir və təşviq edir. Dini öyrənmənin məqbul olmasının təməl şərti, isə qeydsiz-şərtsiz təslimiyyətdir.
İkinci mövqeni ortaya qoyanlar və hər kəs, bir şeyi bilməlidirlər ki, Allah qeydsiz-şərtsiz itaət edilib, boyun əyiləsi Uca İlahdır! Üsyan ediləsi, qarşı çıxılası, qaldı ki hələ “hesaba çəkiləsi” bir varlıq deyil.
Sizin konkret suala cavab olaraq bunları deyə bilərik:
Qadınlar və kişilər heç bir yöndən bərabər olmayıb, bərabər oması da mümkün deyil. Əgər helə olsaydı bunların isimləndirməsi “qadın” və “kişi” olaraq fərqli deyil, eyni isimlə adlandırılardı. İstər yaradılış, istər fizioloji, anatomik, istər ruhani yaxud fiziki olaraq bu iki cins arasında fərqlərin olması hər kəsə məlumdur.
Evlilik məsələsində də eyni hal vəziyyət hakimdir. Kişilərə çox evlilik icazəli olduğu halda, bir qadın heç bir halda bir kişidən başqasına halal olmaz. Bu qayda həm dünyada həm də axirət həyatında (Cənnət) eynidir.
Cənnət əhli qadınların orada dünyadakı ərləri ilə bərabər olcağına dair xəbərlər mövcuddur. Əgər qadın dünyada bir neçə dəfə ərdə olmuşsa, ərlərindən biri ilə evləndiriləcək.
Dünyadakı ərlərindən hansı ilə evlənəcəyi barədə iki görüş var. Biri, əxlaqı daha gözəl olnlardan istədiyi biri ilə, digəri sonuncu əri ilə.
Dünyada ailə qurmayan Cənnət əhli qadınlar da ehtimal ki, Cənnətdəki mömin kişilərdən biri ilə evləndirləcəklər. Hədislərin birində xəbər verildiyinə görə, Cənnətdə subay kimsə olmayacaq.
Ətraflı cavab
Bismilləh. Allaha həmd olsun! Hər cür təriflər, övgülər, ucaltmalar Ona aiddir!
Allah haqqında “niyə” sualı əsasən iki anlamda olur:
Birincisi: “Allah niyə...” dedikdə, “Allahın bu hökmünün anlamı nədir, nə kimi hikmətlər daşıyır, bununla nə qəsd edilir, bundan nə fayda götümək mümkündür?” kimi öyrənib, bilib faydalanmaq məqsədi daşımış olur.
İkincisi: “Allah niyə...” deyərkən, Allaha qarşı bir etiraz, narazıçılıq ifadə etmək, sankı bununla Allahı müzakirə, hətta hesaba çəkmə, mühakimə etmə cəhdi qəsd edilir.
Birincisi (sual verməklə öyrənmək) gözəl, faydalı bir işdir. Dinimiz bunu təqdir və təşviq edir. Dini öyrənmənin məqbul olmasının təməl şərti, isə qeydsiz-şərtsiz təslimiyyətdir. Allah ilə bağlanmış əhdə əsasən, Ondan gələn xəbərlərə iman edib, onları təsdiq etməkdir. Hər cür öyrənmə, araşdırmalar, müzakirələr kimi fəaliyyətlər ancaq bu əsas üzərində bina edilə bilər.
İkinci mövqeni ortaya qoyanlar və hər kəs, bir şeyi bilməlidirlər ki, Allah qeydsiz şərtsiz itaət edilib, boyun əyiləsi Uca İlahdır! Üsyan ediləsi, qarşı çıxılası, qaldı ki hələ “hesaba çəkiləsi” bir varlıq deyil.
Allah hər kəsi hesaba çəkər. Kimsə Aləmlərin Rəbbinə qarşı “Bunu niyə belə elədin?!”, “Bu düzgün deyil!”, “Bu ədalətsizlikdir, çünki feminizmə uyğun gəlmir”, “Bu düzgün deyil, çünki liberalizmlə üst üstə düşmür”, “Bu dəyişdirilməlidir” kimi etirazlar, iddialar irəli sürüb Ondan hesab soruşa bilməz!
“(Allah) gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar.” 1
“Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq.” 2
Allah bir hökm qoyarkən, heç kimdən nəinki icazə almaz, kimsə ilə məsləhət belə etməz. Bu cür əskikliklər Onun uca şəninə yaraşmaz!
Allah bir şeyi əmr edərkən, kiminsə bundan razı qalıb-qalmaması, qəbul edib itaət etməsi, yaxud inkar edib üsyana yönəlməsi Ona heç bir zərər verə bilməyəcəyi kimi, fayda da verməz!
O, gördüyü işin aqibətindən də qorxmaz. İstədiyini edər! Kiminsə bundan dolayı Allahı məsuliyyətə cəlb edəcəyi, cəzalandıracağı; bütün bunlar kökündən boş, batıl, mümkünsüz şeylərdir.
“Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.” 3
“(Allah günahkarlara etdiyi şeylərin) nəticəsindən qorxmaz!” 4
Bütün bunları xatırlamağa səbəb, son vaxtlar bu cür sualların bəzi təsirlər nəticəsində doğmasıdır. Hətta bəzi müsəlmanlar belə, bu təsirlər fonunda nədənsə, kimdənsə çəkinirmiş kimi davranır. Sanki bir günahkarın, cinayətkarın məhkəmə qarşısında duran halını özünə qəbul etdirir, müttəhimlər qarşısında günahkar olmadığını sübuta yetirməyə çalışır. Sanki İlahi hökmlərin, yaxud Allahın elədiklərinin “pis bir şey və ya cinayət olmadığını” sübut edəcək, Aləmlərin Rəbbinə “bəraət qazandıracaq”. Bəzi həqiqətlərin inkarı, təhrifi buna işarə edir. Buna səbəb İslam dünyasının zəif dövrünü yaşamasıdır. Bütün bu yaşanan aşağılıq kompleksi də buradan qaynaqlanır. Halbuki İslam dini özü-özlüyündə izzətlidir. Onun izzəti, şərəfi müsəlmanların güclü yaxud zəif dövrünü yaşamasına bağlı deyil. Bunun səbəbi isə bu dinin İlahi mənşəli olmasıdır.
Bütün bunları xatırlamadan sizin suala istənilən cavab vermək mümkün olmadığı üçün bunları qeyd etmək məcburiyyətində qaldıq.
Sizin konkret suala (Quranda öləndən sonra mömin şəxslərə, daha doğrusu kişilərə orada onlarla yaşamaq üçün hurilərin olacağı deyilir. Niyə məhz kişilər üçün hurilər var? Bəs qadınlarda necə olacaq? Orada onlar üçün heç kəs olmayacaq?) cavab olaraq bunları deyə bilərik:
Qadınlar və kişilər heç bir yöndən bərabər olmayıb, bərabər olması da mümkün deyil. Əgər helə olsaydı bunların isimləndirməsi “qadın” və “kişi” olaraq fərqli deyil, eyni isimlə adlandırılardı. İstər yaradılış, istər fizioloji, anatomik, istər ruhani yaxud fiziki olaraq bu iki cins arasında fərqlərin olması hər kəsə məlumdur. Bunu uzatmağa gərək yoxdur. Buna görə həm haqlar, öhdəliklər həm də fəzilət, dəyər baxımından bu iki cinsin hərəsinin öz yeri var.
Məsələn, Rasulullah (ﷺ) deyir ki, “Kim iki, üç qız övladını tərbiyə edər, onlara mərhəmət və qayğı göstərərsə, Cənnət ona vacib olar...” 5
Rasulullah (ﷺ) qız övladını deyir, oğlan uşağını deyil. Amma uşaq doğulması münasibəti ilə heyvan kəsmək məsələsində, doğulan oğlan uşağına görə iki heyvan, qız uşağına görə bir heyvan qurban kəsməyi (əqiq qurbanı) buyurmuşdur. 6
Bu iki hökm qadınla kişinin bərabər olmamasına dəlalət edir. Allahın endirdiyi Şəriət də bu fərqli yaradılışa müvafiq olaraq hər birinə özünə xas hökmlər təyin etmişdir. Yenə bu iki hədis iki cinsdən kimin kimdən üstün yaxud aşağı olması deyil, hər kəsin öz dəyəri, öz yeri, öz fəzilətinin olmasına misaldır.
Bu bir həqiqətdir. Gerçəklərə, fitrətə dayanan bir həqiqət. Kimlərinsə bununla manipulasiya edib, istismar etməsi isə yol verilməzdir.
Evlilik məsələsində də eyni hal, vəziyyət hakimdir. Kişilərə çox evlilik icazəli olduğu halda, bir qadın heç bir halda bir kişidən başqasına halal olmaz. Bu qayda həm dünyada həm də axirət həyatında (Cənnət) eynidir.
Qadınların Cənnətdəki həyatı və bununla bağlı məsələləri tam anlamaq üçün Rəbbimizin Quranda istifadə etdiyi bir üsluba nəzər salmaq lazımdır. Allah Quranda müxatab olaraq “ana mərkəz” “gücün simvolu” daşıyıcısı kimi kişiləri götürür. Kişilərə də onların ataları, xanımları, övladları bağlanır.
“Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və zurriyyətindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et...” 7
“Həqiqətən, Cənnət əhli o gün kef çəkməklə məşğul olacaq. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.” 8
Bəzən də qadınların Cənnətə girəcəyi xüsusi olaraq vurğulanır.
“Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz.” 9
Möminlərin Cənnətə girəcəyi, orada istədikləri hər şeyin onlara veriləcəyi barədə gələn ayə və hədislərin bir qismi ümumidir. Yəni məna kişi, qadın, uşaq, hər kəsi ehtiva edir. Bəzi kişilərə cənnətdə veriləcək hurilər, onların sahib olduğu keyfiyyətlər kimi xəbərlər isə daha təfsilatlıdır.
“Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.” 10
“Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları olacaq.” 11
Bu ayələr kişilərin Cənnətdə evləndiriləcək hurilərin hər kəsdən üz çevirəcəyi, yalnız ərlərinə baxıb, onlardan razı qalacağını bildirir. Həmçinin bu ayələr Cənnətdəki xanımların hurilər olsun, dünya qadınları olsun bir tək kişiyə aid olduqlarına dəlalət edir.
Rasulullahın (ﷺ) xəbər verdiyinə görə, Cənnətdə heç kəs subay olmayacaq 12
Cənnət əhli qadınların orada dünyadakı ərləri ilə bərabər olcağına dair xəbərlər mövcuddur. Cənnəti haqq etmiş qadın dünyadakı əri ilə evlənəcək (təbii ki, əgər dünyadakı əri Cənnət əhlindəndirsə). Əgər qadın dünyada bir neçə dəfə ərdə olmuşsa, ərlərindən biri ilə evləndiriləcək. Əgər hamısı Cənnətlik olacaqsa, sonuncu əri ilə.
Dünyadakı ərlərindən hansı ilə evlənəcəyi barədə iki görüş var. Biri, əxlaqı daha gözəl olnlardan istədiyi biri ilə, digəri sonuncu əri ilə.
Hz. Huzeyfədən (r.a.) rəvayət olunduğuna görə, o xanımına belə demişdir: “Əgər Cənnətdə mənimlə evli olmaq sənə xoş gəlirsə, onda məndən sonra heç kəslə evlənmə. Gerçəkdən də qadınlar dünyadakı sonuncu əri ilə bərabərdir. Buna görə də Peyğəmbərimizin (ﷺ) xanımları ilə evlənmək haram edildi. Çünki onlar Onun cənnətdəki xanımlarıdır” 13
Bənzəri rəvayət Ümmü Dərdadan nəql edilmişdir. Əbu Dərda dünyasını dəyişib Ümmü Dərda dul qaldıqdan sonra, Muaviyə ona evlənməyi təklifi etmişdir. O da demişdir ki, mən Əbu Dərdadan eşitdim ki, Rasulullah (ﷺ) belə buyurub: “Qadın sonuncu əri ilə olacaq.” Mən də heç kimi Əbu Dərdaya tərcih etmək istəmirəm 14
Bəzi rəvayətlər cənnət əhli qadınların kişilərdən daha gözəl əxlaqlısı ilə evlənəcəyini bildirir. Möminlərin anası Ümmü Sələmədən (r.a.) bu barədə rəvayətlər gəlmişdir.
-Ümmü Sələmə: “Ey Allahın Rəsulu, dünya qadınları daha dəyərlidir yoxsa şahin gözlü hurilər?” soruşdu.
-Rasulullah (ﷺ): “Dünya qadınları hurilərdən daha dəyərlədir, necə ki paltarın xarici üzünün iç üzündən daha dəyərli olduğu kimi” buyurdu.
-Ümmü Sələmə: “Ey Allahın Rəsulü, bu nəyə görə belədir?”
-Rasulullah (ﷺ): “Namazları, orucları və Allaha ibadət etmələrindən dolayı, Allah onların üzünə nur, bədənlərinə ipək geydirmişdir. Rəngləri ağappaq, paltarları yamyaşıl, bəzəkləri sapsarıdır. Buxurdanlıqları mirvaridən, daraqları qızıldandır”
-Ümmü Sələmə: “Ey Allahın Rəsulu, bizdən bir qadın (əri öldükdən və ya ərindən boşandıqdan sonra digər kişi ilə evlənərək) bir, iki, üç, dörd kişi ilə evlənir. Sonra qadınlar ölüb Cənnətə girib və ərləri onunla bir yerdə Cənnətə girərlərsə, bunlardan hansı onların əri olacaq?”
-Rasulullah: “Ey Ümmü Sələmə, onlar sərbəst buraxılırlar və ərlərindən əxlaqı ən gözəl olanı seçər və deyərlər: “Ey Rəbbimiz, bunun əxlaqı çox gözəldir, bunu mənimlə evləndir.” Ey Ümmü Sələmə! Gözəl əxlaq axirətin və dünyanın xeyridir.”
Bənzəri hədis möminlərin anası Ümmü Həbibədən də (r.a.) rəvayət edilmişdir. Mühəddislərin qeydinə görə bu hədislərim hamısının isnadında zəiflik var. Doğrusunu Allah bilir - mötəbər olan, qadınların cənnətdə sonuncu əri ilə evlənəcəkləridir.
Dünyada ailə qurmayan Cənnət əhli qadınlar da ehtimal ki, Cənnətdəki mömin kişilərdən biri ilə evləndirləcəklər. Çünki yuxarıda qeyd etdiyimiz hədisdə xəbər verildiyinə görə, Cənnətdə subay kimsə olmayacaq.
Cənnətdə əziyyət, narahatçılıq, bədbəxtçilik, peşmançılıq, kədər, qorxu; bunların heç birinin olmayacağı sabitdir. Orada ancaq həzzalmaq, istirahət, nemət dolu xoşbəxt həyat vardır. Oradakılar üçün ürəklərinin istədiyi hər şey olacaq.
Buna görə də heç kəs Cənnətdəki qadınların dərdini çəkməyə bilər. Onlar üçün Rəblərinin himayəsi kifayətdir. İstədiyi hər şey onlara veriləcək. Qullarını razı salmaq Allah üçün çox asandır. Qoyduğu dəyişməz qanunları pozmadan.
Məsələn, Cənnətin kafirlər üçün haram edilməsi kimi. Bununla bağlı bir misal verək və mövzunu tamamlayaq.
Hz. İbrahim (a.s.) atasını çox sevirdi. Onun Cəhənnəmdə yanmasını heç cür istəmirdi. Atası ölənə qədər onu haqqa dəvət etdi. Atası qəbul etmədi, cəhənnəmi haqq etdi. Qiyamət günü hz. İbrahim (a.s.) atası Azər ilə görüşəcək.
Sonra da “Ya Rəbb! Dirildiləcək gündə məni rəzil etməyəcəyinə dair söz vermişdin. Uzaq düşmüş atamdan daha böyük nə rəzillik ola biliə ki” deyə Rəbbinə dua edəcək.
Allahu Təalə də buyuracaq ki: “Mən Cənnəti kafirlərə haram qıldım!” Sonra da deyilir ki: “Ayaqlarının altında nə var?”. Baxacaq ki, o kirli və ləkəli kaftar halındadır. Sonra onu yanlarından tutub atəşə atacaqlar. 15
Bu yolla Allahu təalə Hz. İbrahimin qəlbindəki atasına olan sevgini ikrah ilə dəyişdi.
Doğrusunu Allah bilir!
İstinadlar
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Sevda adının mənası nədir?
Salam aleykum. Sevda adının mənası nədir? Bəziləri bunun ərəb adı, bəziləri isə fars adı olduğunu s&...
-
Ananın süd əmizdirmək məsuliyyəti
Salam aleykum. Bəzi yaxınlarımdan eşitdiyimə görə ananın südəmər övladını əmizdirmək ...
-
Evlənmək üçün adam göndərmək
Salam aleykum. Mənim sualım evliliklə bağlıdır. Mən bu yaxınlarda ailə qurmaq istəyirdim. Bu barədə ...
-
Yaslarda halva bişirməyin dinlə əlaqəsi varmı?
Salam. Bizdə, Azərbaycanda yas yerlərində halva bişirilib süfrəyə verilir. Bunun din ilə bir əl...
-
Yoldaşımın qohumlarına xidmət etməyə məcburam?
Salam aleykum. Sualım yoldaşımın valideynlərinə və qardaşı, bacısı uşaqlarına xidmət etməklə bağlıdı...
-
Qızlara ''Mələk" adı qoymaq
Salam aleykum. Qızlara Mələk adı qoymaq olar? Mən qızıma anamın adını qoymuşam. Amma eşidirəm deyirl...
-
Toy gecəsində uğursuzluq
Mümkün qədər toy gecəsi uğursuzluğunu aradan qaldırmaq üçün nə etmək olar...
-
Dini nikah mütləqdirmi?
Salam dini nikah mütləqdir? Əyər dövlət nigahı varsa hamı ər arvad bilirsə yenədə gün...
-
İnanmıram ki, Allah məni bağışlayıb. İntihar etmək istəyirəm.
Mən bir vaxtlar Allaha üsyan şirk etmişdim. Namazı tərk etmişdim Ateist olmuşdum. Heçnəy...
-
Azyaşlı qızla evlilik - Hz. Aişənin evliliyi
Peyğemberimiz barede bir yerde yazılmışdılar ki, peyğemberimiz 6 yaşındaki balaca bir qızla evlenib ...