Sual
Əgər imam səhvən beşinci rükətə qalxarsa ona uymaq vacibdirmi?
Müxtəsər cavab
Fərz namazlarında əlavə rükət qılmaq bir neçə halda müşahidə edilir. Əgər imam və ya ona uyan camaatdan kimsə namazı batil edəcəyi hökmünü bilərək əlavə rükətə unudaraq deyil, şüurlu şəkildə qalxarsa namazı batil olmuş olar və yenidən namazı qılmalı olacaqdır. Namazı batil edəcəyi hökmünü bilmədən və ya bildiyi halda unudaraq namazda əlavə artıq rükətə qalxanın namazı batil olmaz. Belə olduğu təqdirdə necədavranması ilə əlaqəli hökmlər məzhəblərə görə dəyişkənlik görsədir.
Cumhura (məzhəblərin əksəriyyətinə) görə batil edəcəyi hökmünü bilmədən və ya unudaraq əlavə rükətə qalxan və xatırlamadan davam edib namazını salam verərək tamamlayanın namazı sonradan xatırlasa belə səhih, keçərli sayılar. Hənəfi məzhəbinə görə isə fərz həm imamın həm də arxasında ona tabe olan camaatın namazı batil olar.
Ətraflı cavab
Bismilləhir-Rahmənir-Rahim
Allaha həmd və Peyğənbərinə salatu salam olsun!
İslam dinində İbadətlər bölümü əsasən “naslarla” (Şər`i mətnlər və ya Quran və hədislə) tənzimlənir. Belə olan təqdirdə ictihad sahəsi kifayət qədər daralmış olur. Yəni, dinin müxtəlif sahələrində ictihad edə bilən alimlər üçün mövcud şər`i mətnlər, “külli qaydalar”, fiqhi qaydalar və prinsipləri nəzərə alaraq ictihad etmələri əgər nisbətən asan olursa, ibadətlər bölümünə gəldikdə bu prosses ağırlaşır. Çünki ibadətlərin çox vaxt hikmətləri bizə aydın olmuş olsa da “illətləri” müəmma olaraq qalır deyə qiyas etmə kimi ictihadın digər növlərinə fürsət yaranmır.
Məsələn, biz beş vaxt namazın hikmətini ümumilikdə insanın vaxtını tənzimləməsi, Allaha müti qul olmağı təmin etməsi, günahlardan çəkindirməsi və sair kimi hikmətləri ilə izah edə bilərik. Həmçinin ramazan orucunun, Allah təaləyə layiq bəndə olmaq, nəfsimizi tərbiyə etmək, kasıbların halını daha yaxından hiss etmək və sair kimi mütəlif xüsusiyyətləri bizə aşılamaq üçün vacib qılındığı hikmətini dərk edə bilərik. Amma niyə namazın məhz altı deyil beş vaxt olması, rükət sayının niyə daha çox deyil iki, üç və dörd olmasını, orcunun niyə günəşin çıxması və batması arasında tutulmasını, yalnız bir ay bu ayini yerinə yetirməyimizin illətini izah etmək mümkün deyildir. Bu qayda bizə ibadətlər bölümündə tamamilə varid olan ayə və hədislərə olduğu kimi uymağımızı vacib qılır.
Sözü gedən yanaşmaya əsasən, beş vaxt namazların hər hansı birində, istər imam və ona uyanın, istərsə də fərdi şəkildə namaz qılan kimsənin bilərək artıq rükən qılması, qıldığı namazın batil olması ilə nəticələnəcək və günah qazanmış olacaq.
Lakin bu hökmü bilməyərək və ya bildiyi halda dörd rükətli namazın üçüncü rükətində olduğunu düşünərək növbəti sonuncu rükətə qalxması, əslində isə beşinci rükətə qalxmış olması bütün məzhəblərə görə namazı batil etməz.
Hökmünü bildiyi halda səhvən və ya unudaraq artıq rükətə qalxmış olan şəxs xatırladığı anda, yenə dörd məzhəbə görətəşəhhüd oturuşuna qayıdıb namazını tamamlamalıdır. Bu vəziyyətdə namaza etmiş olduğu əlavədən dolayı səhv səcdəsini də etməli olacaq.
Camaat namazında əgər imam səhvən və ya unudaraq əlavə artıq rükətə qalxarsa, Maliki məzhəbinə görə imama hökmü bildiyi halda məqsədyönlü şəkildə tabe olanın namazı batil olar.İmamın və ona səhvən və ya unudaraq tabe olan camaatın namazı isə batil olmaz. Bu iki qismdə olanlar əgər əlavə rükətə qalxdıqlarını xatırlayarlarsa təşəhhüd oturuşuna geri dönər və səhv səcdəsini icra edərək namazı tamamlayarlar. Əlavə rükətə qalxdıqdan sonra xatırlamayıb beşinci rükəti tamamlamış olanların namazı isə səhih olar. Namaz bitdikdən sonra xatırlamaları belə namazı keçərsiz etməz.
Həmçinin Maliki məzhəbində imama əlavə rükətdə tabe olmayaraq təşəhhüd oturuşunda davam edənlər, imam istər yarıdan dönsün istərsə də davam etmiş olsun, camaat imamıtəşəhhüd oturuşuna gələnə qədər onu oturaq vəziyyətdə gözləyərlər. Özləri səhvə yol vermədikləri halda belə imamın səhvindən dolayı səhv səcdəsində imama uyarlar, onunla bərabər səhv səcdəsini icra edərlər.
Şafii və Hənbəli məzhəblərinin bu məsələdə görüşü eyni ilə Maliki məzhəbində olduğu kimidir. Yeganə fərq budur ki,imama artıq rükətdə tabe olmayıb son təşəhhüd oturuşu vəziyyətində qalanlar, təşəhhüddə duaları uzadıb imamın təşəhhüd oturuşuna gələnə kimi ya onu gözləyərlər və onunla bərabər salam verərlər, ya da imamı gözləmədən imamdan ayrılma niyyətini edib (camaat namazı niyyətindən fərdi namaz niyyətinə keçid edib) təşəhhüdün gərəkən zikr və dualarını deyib, salam verib namazı müstəqil şəkildə tamamlayarlar.
Başqa ifadə ilə desək, Şafii və Hənbəli məzhəbinin görüşü bundan ibarətdir ki, əgər imam iki rükətli namazın üçüncü rükətinə və ya üç rükətli namazın dördüncü rükətinə, habelə dörd rükətli namazın beşinci rükətinə qalxmışsa, bu vəziyyət iki halda baş verə bilər:
A) ya imam hansısa rükətlərin birində rükəti batil edəcək bir səhvə yol verib və buna görə də namazın rükət sayını tamamlamaq üçün əlavə rükətə qalxıb. Belə olan təqdirdə imam əlavə rükətə davam edib salam verməlidir. Ona birinci rükətdən qoşulan camaat isə tabe olmayıb ya imamdan ayrıldıqlarını niyyət edib namazı bitirərlər, ya da imamın təşəhhüd halına gələnə kimi gözləyib, dua və zikrləri uzadıb onunla bərabər salam verərlər.
B) Ya da imam səhvən əlavə rükətə qalxmışdır ki, belə olan təqdirdə imam arxadan ona xəbərdarlıq edən camaatdan çox saylı şəxslərin yönləndirməsinə əməl edərək təşəhhüd vəziyyətinə qayıdıb namazı bitirməlidir. Əks halda namazı batil olmuş olar. Bu variantda yenə də imama tabe olub əlavə rükətə qalxmaq olmaz.
Yuxarıdakı hər üç məzhəbdən bu məsələnin bəzi detallarında fərqli olan Hənəfilərə görə isə imam qılmış olduğu fərz namazının son təşəhhüdündə oturduqdan sonra əlavə rükətə qalxarsa camaat ona uymamalıdır. Belə olan təqdirdə imamın geri qayıtmasını gözləməlidirlər. Əgər imam səhvini anlayar və əlavə olan artıq rükətin ilk səcdəsini etmədən təşəhhüd vəziyyətinə dönərsə həm öz fərz namazı həm də camaatın fərz namazı keçərli sayılar. Bu vəziyyətdə salamdan sonra səhv səcdəsini də etmələri gərəkir. Əgər imam səhvini anlamazsa və qılmış olduğu əlavə rükətin birinci səcdəsini edərsə öz fərz namazı batil olar, camaat isə imam əlavə rükətin ilk səcdəsini etmədən salam verib fərz namazlarını tamamlaya bilərlər.
Əgər imam son rükətin təşəhhüdündə oturmadan əlavə rükətə qalxarsa, artıq olan rükətin ilk səcdəsini etmədən səhvini anlayaraq təşəhhüd vəziyyətinə geri qayıdarsa təşəhhüdün dua və zikrləri edib camaatla bərabər namazı tamamlayar. Beləliklə həm öz fərz namazı həm də ona əlavə rükətə qalxmada tabe olmayaraq, təşəhhüd vəziyyətində gözləyən camaatın fərznamazı sayılmış olar. Təbii ki salamdan sonra səhv səcdəsini də etməli olacaqlar.
Bu variantda (yəni imamın son təşəhhüdə oturmadan əlavə rükətə qalxması) imam artıq rükətin ilk səcdəsini etmədən təşəhhüd oturuşunda gözləyən camaatın salam verib namazdan çıxması fərz namazı batil edəcək. Çünki imamın, səhvini başa düşərək geri dönmə ehtimalı vardır. Lakin imam fərzdən artıq rükətə son rükətin təşəhhüdündə oturmadan qalxarsa və artıq sayılan rükətin ilk səcdəsini də edərsə, həm imamın həm də arxasındakı təşəhhüd vəziyyətində onu gözləyən camaatın fərz namazı batil, keçərsiz sayılar və yenidən bu namazı qılmalı olarlar.
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
İmamın səhvən qıldığı rükət mənim üçün keçərlidirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa və namaza sonradan qoşulan onunla bərabər namaz qılmış...
-
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır? ...
-
Qadının namazı uca səslə qılması icazəlidirmi?
Qadının namazı uca səslə qılması icazəlidirmi? ...
-
Şaban ayında oruc hansı gündə tutular?
Salam aleykum. Şaban ayında oruc tutmaq sünnətdir. Bunu bilirəm. Doğru şəkildə oruc necə tutulu...
-
Universitetdə namazı birləşdirə bilərəmmi?
Mən 2 ci növbə universitetdə oxuduğum üçün, Əsr və Məğrib namazlarımı qıla bil...
-
Niyə qadınlar namazda örtünür?
Mənə maraqlıdır ki niyə namaz qılanda qadınlar örtünməlidir? Onsuz da namazda Allahın h&uu...
-
Oruclu olduqda ağızda qalan dəstəmaz suyu
Ramazanda oruclu iken destemaz zamani agiza su almasaq olar? Cunki alanda zerre qeder de olsa medeye...
-
Salatun sözünün düzgün tələffüzü
Salam. Qəza namazlarının, hədiyyə namazlarının əvvəlində 3 dəfə əssələt deyirik. Bu sözün ...
-
Sübh namazını qılarkən, gün çıxması
Salam aleykum. Əgər bir kəs sübh namazını vaxtı çıxana yaxın başlayarsa və namaz qılınar...
-
Namazda, səcdədə Azərbaycan dilində dua etmək
Namazda, səcdədə Azərbaycan dilində dua edə bilərəmmi? ...