Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?

  • 23.11.2024 - Sual nömrəsi: 1006
  • 158
Geri

Sual

Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?

Müxtəsər cavab

Əgər bu vaxt “Məkruh vaxtlar” kimi bilinən bir zaman diliminə təsadüf edərsə (günəşin doğuşu vaxtı) bu barədə iki görüş var.

1. Günəşin bir nizə boyu (təxminən 3 metr) hündürlüyündə yüksəldiyi vaxta 
qədər namazı təxir etmək (gecikdirmək) lazımdır. Bu da bizim yaşadığımız coğrafi ərazidə günəş doğduqdan sonra 20-25 dəqiqəyə kimi çəkir.
2. Digər görüçə görə isə sübh namazını vaxtı çıxdıqdan sonra hər hansı vaxtda oyanmaqdan asılı olmayaraq, oyanan kimi qılmaq lazımdır.

 

Ətraflı cavab

Bismilləh...

Allaha həmd olsun!

Cavaba keçmədən öncə əvvəla onu xatırlatmaq istərdik ki; namaz onun ücün ayrılmış vaxt içində qılınmalıdır. Yatıb yuxuya qalmaq, unutmaq, qazaya saxlamağa məcbur edilmək, ölüm qorxusu və bənzəri səbələr olmadan namazı təyin edilmiş vaxtda qılmamaq böyük günahlardan sayılır.

Hər hansı səbəbdən dolayı namazı təyin edilmiş vaxtda qılmayan müsəlman, vaxt çıxdıqdan sonra qıla bilərmi sualına aşağıdakı kimi cavab verəcəyik.

Bu məsələdə alimlər ortaya iki görüş qoymuşlar – ki bu da insan oyanarkən, yəni
namaz qılma imkanını əldə edərkən, vaxtın “məkruh vaxtlar” deyilən bir zamana rast gələrsə, bu vaxt ötənə kimi namazı qılmaq doğru olmaz.

Namaz qılınması məkruh olunan vaxtlar aşağıdakı kimidir 1

- Sübh namazının fərzi qılındıqdan sonra günəş doğana kimi
- Günəş doğuşundan bir nizə qədər günəşin qalxmasına kimi (15-20 dəqiqə )
- Günəş  günorta vaxtı zenitdə olarkən
- Əsr namazının fərzi qılındıqdan günəş batana kimi
- Günəş batanda

Bu vaxtlarda namaz qılınması hədislərlə qadağan edilmişdir.

Bəzi alimlər bu qadağanı ümumi mənada anlamışlar və qadağanı bəzi səbəbi olan fərz və nafilə namazları istisna edərək digər nafilə namazlara şamil etmişlər. Yəni, bəzi vaxtlarda namazın qılınmasını qadağan edən nəhy edici hədislər gəlmiş olsa da, amma bir səbəb ortaya çıxarsa bu zaman namaz qılınar. '

Məsələn, məscidə girərkən qılınan “təhiyyətül-məscid” (məscidi salamlamaq) adlandırılan namaz kimi. Belə vəziyyətdə namaz qılmaq üçün səbəb meydana çıxmış sayılır ki, bu halda qadağan edici hədislərin şamil etdiyi namaz növündən istisna edilərək “təhiyyətul-məscid” namazı qılmaqda bir qəbahət olmaz. Bu görüşdə olan alimlərə görə təhiyyətül-məscid namazı qılınmalıdır.

Məkruh vaxtlarda namaz qılınmaz deyən fikir sahibi alimlərin digər qisminə görə isə məkruh vaxtlarda namaz qılmağı qadağan edən hədislər, istər namaz qılmaq üçün səbəb olsun istər səbəb olmasın, bütün növ namazlara şamil edilər və qadağa hər bir namaz üçün keçərli sayılar. Bu düşüncədə olan alimlər məkruh vaxtı sayılan zaman kəsimində hər hansı bir namaz qılınmaz demişlər.

Başqa ifadə ilə desək, namaza yatıb qaldıqdan sonra oyandıqda, hər hansı bir maneəyə görə namazı qıla bilməyib daha sonra imkan əldə etdikdə və ya unudub namazın vaxtını ötürdükdən sonra xatırladıqda, bu anlar məkruh vaxtlardan birinə təsadüf edərsə, Hənəfi məzhəbi görüşünə görə məkruh vaxtının çıxmasını gözləmək lazımdır. 2

Əgər bu namaz sübh namazıdırsa və ilk qılma imkanı günəşin təzə doğma vaxtına təsadüf edirsə, onda günəşin bir nizə boyu (təxminən 3 metr) hündürlüyündə yüksəldiyi vaxta qədər namazı təxiretmək (gecikdirmək) lazımdır. Bu da bizim yaşadığımız coğrafi ərazidə günəş doğduqdan 20-25 dəqiqə sonraya qədər uzana bilir.

Maliki, Şafii və Hənbəli üləmasının görüşünə görə isə gecikdirmədən dəstəmaz alıb eyni vaxtda qılmaq lazımdır. 3  Çünki Rəsulullah (s): “Kim namazı unudarsa və ya yuxuya qalarsa xatırladığı zaman qılsın. Unudulan namazın kəffarəsi onu qılmaqdır” 4 demişdir.

İmran bin Husayn belə rəvayət edir: “Bir gün Rəsulullah (s) ilə yola çıxdıq. Gecənin sonu olunca yatıb istirahət etmək üçün dayandıq. Səhər bizi günəşin istisi oyandırdı. Bizdən bəziləri tez dəstəmaz almaq üçün qalxdı. Rəsulullah (s) onlara oturmağı əmr etdi. Sonra yola çıxdıq, günəş yüksəlincəyə qədər getdik. Daha sonra dəstəmaz aldıq və Rəsulullah (s) Bilala azan verməyi əmr etdi. Rəsulullah (s) sübhün fərzindən qabaq iki rükət namaz qıldı, iqamə gətirildikdən sonra fərzi bərabər qıldıq.” 5

Doğrusunu Allah bilir!

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!