Sual
Ramazanda oruclu iken destemaz zamani agiza su almasaq olar? Cunki alanda zerre qeder de olsa medeye gedir veya bedene hopur
Cavab
Bismilləh… Allaha həmd, Rəsuluna salatu-salam olsun!
Allah təalə insanlara İslam dinini göndərərkən, onların yaradılış baxımından zəif olduqlarını bildiyi üçün, çətinliyə salacaq hər hansı bir hökm nazil etməmişdir. Allah təalə buyurur: “Allah sizin üçün çətilik istəmir, (əksinə) sizin üçün asanlıq istəyir”. 1
Bu qayda ibadətlər üçün də keçərlidir. Dinimiz əmr olunan ibadətlərin öz təbii çətinliyi xaricində müsəlmanın öz seçimi ilə dini ritualları çətinləşdirməyin əleyhinədir.
Möminlərin anası Hz. Aişə (r.a.) buyurur ki; “Rəsulullah (s.a.s.) iki seçim arasında qaldıqda günah olmadığı müddətcə aralarından ən asanını seçərdi. Əgər günah olsaydı ondan ən uzaq qalan insan olardı…” 2
Oruclu ikən insan gün boyunca orucu pozan, yemək-içmək və xanımı ilə cinsi münasibətdən uzaq durmalıdır. Ağız yolu ilə iradi olaraq mədəyə gedən hər bir şey oruclu şəxsin bu ibadətini pozacağını dinimizin təlimatlarından öyrənməkdəyik. Lakin dəstəmaz aldıqdan sonra ağızda qalan nəmlik heç bir şəkildə orucu pozmamaqdadır. Belə olmasaydı insanlar dəstəmazdan sonra ağızlarını qurulamalı olacaqdılar ki, bu da onlar üçün ciddi məşəqqətə çevrilə bilərdi. Dinimiz isə yuxarıda qeyd etiyimiz kimi insanları məşəqqətə salmaq istəmir.
Nə Qurani-Kərimdə, nə də Peyğəmbərimizin (s.a.s.) hədislərində dəstəmazın ağızda qalan azacıq nəmliyini qurulamaqla bağlı bir ifadə yoxdur. On dörd əsrlik İslam Hüququnda da bu barədə bir heç şeyə rast gəlinmir. Əksinə, İslam alimləri dəstəmazdan sonra ağızda qalan nəmliliyin ağız suyuna qarışıb udulmasının orucu pozmayacağı haqqında həmfikir olmuşlar. Demişlər ki; oruclunun oruclu ikən, imtina etməsi və ya qaçınılması mümkün olmayan hər hansı bir şey onun orucunu pozmaz. O cümlədən dəstəmazdan sonra ağız suyuna qarışan, nəzərə alınmayacaq qədər az miqdarda suyun da udulması orucu batil etməz. 3
Sonda bir daha vurğulamaq lazımdır ki, İslam dininin əsas prinsiplərindən olan "taqətin yetdiyi qədərinə mükəlləf olma (dini məsuliyyətə cəlb olunma)" və "asanlaşdırmaq, çətinləşdirməmək" qaydaları, ibadətlərin yerinə yetirilməsində fərdin fiziki və mənəvi yükünün nəzərə alınmasını təmin edir. Bu prinsip və qaydalar işığında, dəstəmazdan sonra ağızda qalan dəstəmaz suyunun (nəmlilik) tüpürcəyə qarışaraq udulmasının orucu pozmayacağı hökmü İslam alimləri tərəfindən yekdilliklə qəbul edilmişdir.
Beləliklə, dinimiz, möminin ibadət etməsini asanlaşdıraraq, hər hansı bir çətinliyə yol vermədən, onun gündəlik həyatında qarşılaşa biləcəyi praktiki vəziyyətlərinə həssas yanaşır və orucunun keçərli olmasını söyləyir.
Doğrusunu Allah bilir!
İstinadlar
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Namazda imamın səhvinə uymaq vacibdirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa ona uymaq vacibdirmi? ...
-
İmamın səhvən qıldığı rükət mənim üçün keçərlidirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa və namaza sonradan qoşulan onunla bərabər namaz qılmış...
-
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır? ...
-
Qadının namazı uca səslə qılması icazəlidirmi?
Qadının namazı uca səslə qılması icazəlidirmi? ...
-
Şaban ayında oruc hansı gündə tutular?
Salam aleykum. Şaban ayında oruc tutmaq sünnətdir. Bunu bilirəm. Doğru şəkildə oruc necə tutulu...
-
Universitetdə namazı birləşdirə bilərəmmi?
Mən 2 ci növbə universitetdə oxuduğum üçün, Əsr və Məğrib namazlarımı qıla bil...
-
Niyə qadınlar namazda örtünür?
Mənə maraqlıdır ki niyə namaz qılanda qadınlar örtünməlidir? Onsuz da namazda Allahın h&uu...
-
Salatun sözünün düzgün tələffüzü
Salam. Qəza namazlarının, hədiyyə namazlarının əvvəlində 3 dəfə əssələt deyirik. Bu sözün ...
-
Sübh namazını qılarkən, gün çıxması
Salam aleykum. Əgər bir kəs sübh namazını vaxtı çıxana yaxın başlayarsa və namaz qılınar...
-
Namazda, səcdədə Azərbaycan dilində dua etmək
Namazda, səcdədə Azərbaycan dilində dua edə bilərəmmi? ...