Qadının namazı uca səslə qılması icazəlidirmi?

  • 23.11.2024 - Sual nömrəsi: 1007
  • 207
Geri

Sual

Qadının namazı uca səslə qılması icazəlidirmi?

Müxtəsər cavab

Allaha həmd olsun! 

Namaz çeşidindən və situasiyadan asılı olaraq səsli vəya səssiz qılınar. 

Səsli namazlarda kişilərin qiraəti (Quran surələrinin oxunmasını) səslə oxuması sünnətdir.

Qadınların isə naməhrəmlər yanında səslə oxuması caiz deyildir (icazə verilmir).

Tək olduğu yerdə və ya məhrəmlərinin yanında isə səsli namaz qılmasında bəzi alimlərə görə sünnət, bəzilərinə görə məkruh və bəzilərinə görə isə “təhrimən məkruhdur”.

Ətraflı cavab

Bismilləh... Allaha həmd olsun! 

Namazlar bəzi hallarda, həmçinin çeşidindən asılı olaraq səsli və ya səssiz qılınar. Səsli qılınan namazlar, sübh, məğrib və işa namazlarının birici və ikinci rükətləridir. Bu namazlarda kişilərin qiraəti (Quran surələrinin) səslə oxuması sünnətdir.Qadınların isə səslə oxuması bəzi hallarda icazəli, bəzi hallarda isə qadağandır. 

Əgər qadın naməhrəmlər yanında namaz qılarsa səsini ucaltması uyğun deyildir. Hətta camaat namazında imam səhvə yol verdikdə, onu düzəltmək üçün qadınların “sübhənəllah” deməsinə belə icazə verilməmişdir. Rəsulullah belə buyurur: “Kim namazda (imama) xəbərdar etmək lazım olan bir şey (səhv) görərsə təsbih etsin (sübhənallah desin)!Əli ələ vurmaqla səs çıxarmaq (imamı düzəltmək)isə qadınlara məxsusdur.” 1

Həmçinin ictimai yerlərdə zərurət olmadan qadınların səsinin yüksəlməsi bəyənilməmişdir. Buhökm qadının səsinin fitnəyə səbəb ola bilməsi ilə əlaqəlidir.

Quranda Rasulullahın (s) xanımlarına xitabən buyurulur ki: “Sözü yumşaq söyləməyin ki qəlbində xəstəlik olan kimsə yanlış ümidə qapılmasın...” 2        

Burda müraciət Rasulullahın (s) xanımlarına olsa da, hökm hər bir müsəlman qadına aiddir.

Səsli namazlarda qadının səsini ucaltması və ya qısması ilə əlaqəli hökmlər məzhəblərə görə aşağıdakı kimidir:

- Hənəfilər bütün hallarda qadının namazda səssiz oxumasını söyləmişlər. Səsli oxumasını isə “təhrimən məkruh” qəbul etmişlər. Hənəfilərdən, qadının səsli oxumasının “namazını batil edəcək” deyənlər də olmuşdur.
- Malikilər isə səsli namazlarda qadının səsini eşidiləcək səviyyədə yüksəltməsini (cəhr etməsini) məkruh (bəyənilməyən bir iş) görmüşlər. Əgər yanında naməhrəm olarsa səsini qısmasını, yəni dodaqlarını tərpədərək və səsini yalnız özü eşidəcək səviyyədə pıçıldayaraqoxumasının vacib olduğunu demişlər.
- Şafii və Hənbəli məzhəblərinə görə isə qadının,səsli qılınan namazları naməhrəmlərin olmadığıbir yerdə qadınlarla camaat halında və ya təkbaşına, səsini kişilər qədər də uca olmasa belə, amma nisbətən səsli qılmasında bir qəbahət görməmişlər, kişilərdə olduğu kimi sünnət olduğunu vurğulamışlar. Naməhrəm kişilər yanında səsli oxumağı isə namazı pozmayan məkruh bir iş olduğunu nəql eləmişlər.

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!