Sual
Namazda hansı surələri oxumaq olar əlavə olaraq
Cavab
Bismilləh, Allaha həmd Peyğəmbərinə salatu-salam olsun!
Namazın İslamda əhəmiyyətli yeri var. Gündəlik beş vaxt namaz insanların günahlarından silir və onları Allaha yaxınlaşdırır. Namazın qılınış şəklini Allah təalə hz.Cəbrayıl ə.s. vasitəsi ilə Peyğəmbərimizə s.a.s. öyrətmişdir.
Namazda “qiraət” etmək, hər bir rükətdə qiyamda ikən (ayaqda) Quran surələrini və ya ayətlərini oxumaq deməkdir. Bu oxunan surə və ya ayətlərdən bəziləri vacib, bəziləri isə sünnət hökmündüdər. Məsələn, hər bir rükətdə Fatihə surəsini oxumaq Maliki, 1 Şafii 2 və Hənbəli 3 məzhəbinə görə vacibdir və hətta namazın rükunlarındandır. Fatihəni oxumayanın namazı bu üç məzhəbə görə batil olar. Peyğəmbərimiz s.a.s. “Fatihəni oxumayanın namazı yoxdur” 4 buyurmaqdadır, yəni keçərsizdir.
Lakin Hənəfi məzhəbinə görə Fatihəni oxumaq fərz hökmündə olmayan vacibatlardandır və oxumayan şəxs namazın sonunda “səhv səcdəsi” etməlidir. Çünki Allah təalə “...Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun!...” 5 buyurmaqdadır.
Fatihə surəsinin ardınca oxunan surə və ya ayətlər isə Hənəfilər xaric digər məzhəblərə görə sünnət hökmündədir. Hənəfi məzhəbində isə Fatihədən sonra ilk iki rükətdə qısa surə və ya buna bərabər olan bir neçə ayə oxumaq da namazın vacibatlarındandır. 6
Üçüncü və ya dördüncü rükətlərdə Fatihədən sonra qısa surə və ya bir neçə ayət oxumaq icazəli olsa da amma hər dörd məzhəbə görə də oxumamaq daha yaxşıdır. 7
Namazda Fatihə surəsindən sonra Qurandan tam şəkildə olaraq hər hansı surəni və ya bir neçə ayəni oxumaq olar. Bu surələrin seçimi namaz qılanın əzbərinə görə təyin edilə bilər. Bəzi namazlarda Peyğəmbərimizin s.a.s. Fatihə surəsindən sonra müəyyən surələri davamlı şəkildə oxuması nəql edilmişdir. Məsələn, Peyğəmbərimiz s.a.s. sübh namazının iki rükət sünnət namazında, ilk rükətində Kafirun, ikinci rükətində isə İxlas surəsini oxuduğu rəvayə edilir. 8
Həmçinin Peyğəmbərimizin s.a.s. bayram və cümə namazlarında əl-Alə və əl-Ğaşiyah surələrini oxuduğu da məlumdur. 9 Qeyd edilən namazlarda hədislərdə keçən surələri oxumaq sünnətdir, amma bu surələri bilməyən insanlar hər hansı başqa surələri oxuya bilərlər.
Fatihədən sonra hər namazda davamlı olaraq eyni surəni oxumaq da caizdir. Lakin daha yaxşı olar ki, namaz qılan şəxs fərqli surələr əzbərləsin və namazlarında da Fatihədən sonra dəyişik surələr oxusun. Çünki Hənəfi məzhəbinə görə hər namazda Fatihədən sonra eyni surəni oxumaq, bir növ Quranın digər surələrindən üz çevirmək mənasına gəldiyi üçün məkruh sayılır (bəyənilməyən). 10
Yuxarıda qeyd etdiyimiz kimi, namazda Fatihə surəsini oxuduqdan sonra ya tam bir surə və ya bir neçə ayə oxumaq olar. Şafii məzhəbinə görə isə tam surə oxumaq, onun ayəsi qədər hər hansı uzun surədən ayə oxumaqdan daha üstündür.
Doğrusunu Allah bilir!
İstinadlar
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Namazda imamın səhvinə uymaq vacibdirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa ona uymaq vacibdirmi? ...
-
İmamın səhvən qıldığı rükət mənim üçün keçərlidirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa və namaza sonradan qoşulan onunla bərabər namaz qılmış...
-
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır? ...
-
Qadının namazı uca səslə qılması icazəlidirmi?
Qadının namazı uca səslə qılması icazəlidirmi? ...
-
Şaban ayında oruc hansı gündə tutular?
Salam aleykum. Şaban ayında oruc tutmaq sünnətdir. Bunu bilirəm. Doğru şəkildə oruc necə tutulu...
-
Universitetdə namazı birləşdirə bilərəmmi?
Mən 2 ci növbə universitetdə oxuduğum üçün, Əsr və Məğrib namazlarımı qıla bil...
-
Niyə qadınlar namazda örtünür?
Mənə maraqlıdır ki niyə namaz qılanda qadınlar örtünməlidir? Onsuz da namazda Allahın h&uu...
-
Oruclu olduqda ağızda qalan dəstəmaz suyu
Ramazanda oruclu iken destemaz zamani agiza su almasaq olar? Cunki alanda zerre qeder de olsa medeye...
-
Salatun sözünün düzgün tələffüzü
Salam. Qəza namazlarının, hədiyyə namazlarının əvvəlində 3 dəfə əssələt deyirik. Bu sözün ...
-
Sübh namazını qılarkən, gün çıxması
Salam aleykum. Əgər bir kəs sübh namazını vaxtı çıxana yaxın başlayarsa və namaz qılınar...